25.06.2012

Yenə işıqlarımız söndü... (Səsli)


(Cizgilər)            
***
Yenə işıqlarımız söndü...
Yenə qaranlığa qərq oldu kasıb komam.
Evdəkilər
Dözə bilmirlər
Qaranlığa,
Zülmətə
Qaranlığı sevməyənlərim
Yerinə uzanıb,
Yatır...

Qatil yollar (Cizgilər)


Bir gün partlayacaq başımdakı damarlar,
Qatil yollar kimi qana bulanacaq,
Başımdakı damardan yollar...
Bir başın min yolu, bir baxışı var.
Qana bulandısa, həmin yollar,
Baxışların da qızaracaq,
Qırmızı görəcəksən dünyanı...
Daha yaşamağa çarən yox,
Qızardısa yolların, baxışların,
Ölməlisən,
Bir gün mən ölən kimi...
Bilirəm,
Nə ürəkdən,
Nə də qəfil avtomobil qəzasından öləcəyəm.
Mən yazı masamda,

20.06.2012

Azərbaycan İranın əyalətidirmi?..



İran hökuməti son vaxtlar Azərbaycanın İranın əyaləti olması ilə bağlı fikirlər səsləndirir və bu üzdən də Azərbaycandakı vəziyyətə müdaxilə etmələrinə haqq qazandırırlar. Fəqət, tarixdən də məlum olduğu  ki, farslar Azərbaycanın torpaqlarını işğal edərək,  türklərin əzəli dədə-baba yurdlarında özlərinin İran adlı dövlətini qurublar. Bunu sübut edən bir neçə tarixi mənbələr və səndlər var.
Bu yaxınlarda “Yada düşdü” jurnalından Həmidə xanım Cavanşirin  “Xatirələrim” kitabından dərc olunan”Molla Nəsrəddin”

Ruhu qəribsəyən Zaur Qəriboğlu


MAHİRƏ ABDULLA

Bu dünya bəşəriyyətin yoxluğun varlığa, varlığın yoxluğa keçididir; insan isə həmin keçidin halqaları. İnsanlığı dərk etməyən insanlıqdan yaza bilməz.
Gənc şair Zaur Qəriboğlunun imzasıyla yaxşı tanışam, internet və qəzet səhifələrində yaradıcılığını ardıcıl izləyirəm. Qələminin çəkisi, cazibəsi var, yazıdan yazıya onun elinə, dilinə sadiq söz sahibi, qeyrətli, mətin vətəndaş kimi püxtələşdiyini görürəm.
Şəxsiyyəti və yaradıcılığı bir xətt üzərində olan insandır, düşündüyünü deyir, söz pərdəsinin arxasında həqiqi simasını gizlətmir. Hisslərindəki, duyğularındakı səmimiliyi, yaşam etirafları daxili zənginliyinin ifadəsidir. Sevinirəm ki, “Ruhun qəribsəməsi... İnsanın qəribsəməsi...

18.06.2012

Ruhun qəribsəməsi (Fikir cizgiləri)


Ruhun qəribsəməsi... İnsanın qəribsəməsi... Məkan, zaman arasında baş verir bu qəribsəmələr. Fəqət, ruhun qəribsəməsinin bir səbəbi olur. Bəlkə də bunu çoxumuz bilmirik. Necə ki, neçə-neçə qəribsəmiş ruhların hər gün onları anmağımızı gözlədiklərindən, bizdən nələri umacaqlarından da xəbərsizik. Məsələn, çox nadir insanlar ola bilər ki, iki-üç əsr bundan qabaq yaşayan babalarının və digər qohum - əqrəbalarının adlarını xatırlasın. Bu günlərdə mən də buna cəhd göstərdim, amma yenə də çox qədimlərə gedib çıxa bilmədim.

Arzularım...


I qrup əlil Aytən İbrahimovaya ithaf edirəm.

Hamı kimi mənim də arzularım var.
Mən də istəyirəm ki, sevdiyim olsun, onunla nişanlanım, saatlarla telefonda danışaq, arada sözümüz çəp gəlsin, küsüb telefonu qapadaq. Sonra o mənimlə barışmaq üçün günlərlə zəng eləsin, mən telefonun ekranında onun adını görüb sevinsəm də, nazlanıb telefonu açmayım. O da vəziyyətin qəlizləşdiyini görüb mesaj yazsın: “Canım-gözüm, hazırlaş, gəlirəm səni gəzməyə aparam”.
Mesajı oxuyan kimi hər şeyi unudub, atamın mənə aldığı yaşıl donu geyinib, güzgünün qabağında saçıma daraq çəkib, anamın yanına qaçıb “Necə görünürəm?” soruşum. Anam da gülümsəyib “həmişəki kimi gözəlsən” desin. Sonra tələsik pəncərəyə yaxınlaşıb, qamətiylə dayanacaqdakıların nəzərini cəlb edən nişanlımın pəncərəmizə baxıb gülümsədiyini görüb tələsik aşağı enim.

14.06.2012

Yazarlar yenidən məhbuslarla görüşdü (Fotolar)

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmət, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə iyunun 14-də Bakıda yerləşən 15 saylı cəzaçəkmə müəssisəsində yazarlarla məhkumların görüşü, eyni zamanda maralı ədəbi

Ləkəli ruh

Hekayə

Ləkə çox pis şeydir. Harda olursa-olsun fərq eləməz. Ləkə elə ləkədir.  Bu yaxınlarda maşınla işə gedirdim, tıxacda mənim maşınımla yanaşı dayanan “inomarka”nın arxa oturacağında uzun saçlı, ala gözlü, gözəl bir qızın baxışlarına tuş gəldim.

 Üzünün sol tərəfini başdan-başa qara ləkə tutmuşdu. Üzünə diqqətlə nəzər salanda görmək olurdu bunu. Bu ləkə, Qarbaçovun başındakı məlum xaldan da böyük idi. Elə bil qız, sifətinə Azərbaycanın qartala oxşayan xəritəsini həkk etdirmişdi. Yox, bu əllə çəkilməmişdi; bu ya anadan gəlmə, ya da dəri xəstəliyindən yaranan ləkə idi. Qız, diqqətlə üzündəki ləkəyə baxdığımı görüb, utandı, üzündəki ləkə bir az da qızardı. Bu vaxt yol polisinin yetişməsi ilə tıxac yavaş-yavaş açılmağa, maşınlar az sürətlə də olsa hərəkət etməyə başladı. Qız olan maşın məni ötsə də, arxaya boylanıb, şüşənin o biri tayından mənə baxdığını görürdüm. Maşını idarə edən orta yaşlı kişi, birdən sürəti artırıb, tıxacda başqa maşınların arasından ustalıqla sivişib uzaqlaşdısa, ayağım əyləcdə, bir müddət maşının arxasınca, daha doğrusu, üzü ləkəli qızın arxasınca, baxa-baxa qaldım. Birdən arxadakı maşın sürücüsünün: - Alə, nə marıtdıyıb, durmusan, sür də, - deməsi ilə, sanki tanımadığım qızı bir dəfəlik itirib işə sarı yol aldım.

Facebookda məhəbbət

"Dostlar, bu hekayə Azadlıq radiosunun Oxu zalında və digər ədəbiyyat saytlarında, həmçinin  "Ulduz" jurnalında da dərc olunub. Fəqət, bu gün baxıram ki, bir neçə veb səhifələrdə müəllif adı qeyd olunmadan, yazı yayımlanır. Bu üzdən də novella tipli bu hekayəni öz bloqumda yenidən sizlərlə paylaşmaq qərarına gəldim"... 
Sevgilərimlə, Zaur Qəriboğlu.

Bu gün o, özünü çox pis hiss edirdi, dişi ağrıyırdı.  Müxbir işlədiyi qəzetin baş redaktorundan  icazə alıb, yarımçıq işdən çıxıb, evə gəlmişdi. Ağrının kəsmədiyini görüncə, anasıyla birgə qonşuluqdakı diş həkiminə gedib, dişini çəkdirmişdi. İndi də yanağı, dili, damağı iynənin təsirindən keyidiyi üçün özünü yaxşı hiss etmirdi. Bu gün heç onunla da danışmamışdı. Ürəyi sıxılırdı: “görən indi nə edir, bəlkə, bu gün mən orda olmamışam deyə, artıq başqası ilə danışır” – düşüncəsiylə birtəhər yerinə uzanıb, noutbookunu açıb, internetə qoşulandan sonra, facebook səhifəsinə daxil oldu. Xəttə olanların siyahısında onun adını görüb, gözləri güldü, ürəyi sevindi. Dərhal onun adının üstünə vuraraq, açılan kiçik pəncərədə yazdı:
- Xoş gördük!

12.06.2012

Səsli şeir

Əliləm
(Cizgilər)

Mən sol tərəfinin
Solu – yarısı
Əliləm,
əlil...
Sağ gözü görən,

11.06.2012

Mən necə korrektor oldum?


"Sözü keçməyən kitab"
Qoşa xətti sürətlə keçən sürücünü yol polisi saxlayır. Belə məqamlarda müfəttişə öz kitabını bağışlamaqla vəziyyətdən çıxan sürücü, gənc şair, bu dəfə də həmin üsuldan istifadə etmək istəyir. Avtomobildə yol polisinə ehtiyat üçün saxladığı kitablarından birini götürüb onlara yaxınlaşır, gənc şair olduğunu söyləyir, kitabını təqdim edir. Yol polisi kitabı əlinə götürüb diqqətlə ona baxır və birdən əsəbiləşir:
- Əşşi, bundan vermisən də!..
Orxan Adiloğlunun lətifələrindən...
            Yuxarıda yazdığım lətifə olsa da, indi yazdıqlarım lətifə deyil, tam gerçəklikdir.

Qatil (Cizgilər...)


Qatil!

Bu adı qazananlar çoxdur:
Dost qa­tili, ata-ana, qardaş-bacı qatili...
Bun­lar hamısı məhkəmə qarşısına çıxan qa­tillərdir.
Fəqət, yeganə qatil var ki,
Onu hakim cəza­landırmaz.
Bu da sənsən!..
Sən, ruh qatili...
Sən ruhumun qatilisən!
Sən sevgimin qa­ti­li­sən!
Sən duyğularımın,
Xəyallarımın qatili­sən.
Sən qatilsən!
Sən ilk görüşdə həyəcandan tit­rəyən             əllərin,

Mən nə adam, nə insanam (Cizgilər...)


Mən nə adam, nə insanam...
Tez-tez sual verir dost-tanışım:
– Bəs, sən nəsən?!
Mən adamlar, insanlar içində gəzən bir ruham.
Qaçırılan Qarabağ adlı bir gəlinin fəryad səsi,
Onun şəhid ərinin yaralanmış qəlbiyəm mən.
Həmin şəhid ərin anasının gözlərindən axan yaş,
Dilindəki ağıyam mən.
Mən nə adam, nə insanam...
Mən yolam...
Dilsiz, ağızsız, dərdli yol...
Qo­ca şəhərdə üzərində düşməni də dost tək gəzən yol...
Göydələnlər şəhərində

9.06.2012

Bağışlayın


Əlimin,
Daha doğrusu şəhadət barmağımın altında
Can verdin.
Nə son xırıltını eşitdim,
Nə gözünün son nurunu gördüm...
Bircə onu gördüm ki, əridin,
Öldün!
Hər ölüm səs-küyə səbəb olsa da,
Sənin ölümün
Özün kimi
Kiçik və səssiz oldu.
Qınadım özümü:

Ölümü axtarıram (Cizgilər...)


28 mayda,  
Cəfər Cabbarlının heykəlinin qabağnda,
Ölümü axtarıram mən.
Ətraf doludur
Müştərisini gözləyən fahişələrlə,
Ac-yalavac diləndirilən,
Dilənçilər,
Maşın təkəri qaraldan uşaqlarla...
Quşlar da boldur,
Yerdə yem tapa bilməyən,
balaca sərçələr,

Mən öləndə (Cizgilər)


***
Mən öləndə,
İstəmirəm,
Nə vəhşi torpağa tapşırın,
Nə də üstümü betonlayın.
Bu günə qədər hansı torpaq altda yatan
Əmanəti qorudu ki, torpaq?!
İnsanları cılızlaşdırıb,
Qarışqaya,
Böcəyə,
İlana yem etdi torpaq.
Torpaq üstdəki kəsəyən adamlar
məni alçalda bilmədisə,
Qoymaram, torpaq altda
Böcək,
Qarışqa,
İlana
Yem olub,
Yeyilim,
Alçalım...
Eləki gözümü yumdum,
Hay-həşir salıb,
Ruhumu qorxutmayın.
Tökün üstümə kitablarımı,
əlyazmalarımı,

SƏNİ YARADANI SEVİRƏM...



Susuram...
Üzünə, gözlərinə, qamətinə diqqətlə baxıram...
Baxır, xəyallara dalır, xəyallarada yaşayıram...
Səsini eşitmirəm.
Zərif gülüşündən dodaqlarının tərpənişinə baxıram.
Yenə də susuram...
Niyə susuram axı mən?!
Tez – tez mesaj lövhələrində:
- Salam, səni Yaradanı sevirəm mən – yazıram...
Sənsə, sadəcə, gülmsəmək işarəsiylə, cavabını bildirirsən.
Bəlkə də zənn edirsən ki, aşiqinəm?!
Yəqin düşünürsən, dərdindən dəli divanə olmuşam?!
Sənə baxıram deyə, fərəhlənir, qürrələnirsən...
Bəlkə rəfiqələrinə də: - Dərdimdən dəli olub, - deyirsən.

8.06.2012

“Cizgilər”lə gələn imza – Zaur Qəriboğlu


NƏZİRMƏMMƏD ZÖHRABLI

İstedadlı gənci qısqanclıqla qarşılamamaq “xəstəliyim” bu dəfə də karıma gəlmişdi. İstedadlı, gənc yazar Zaur Qəriboğlunu mediadan və şəxsən tanıyanda. Ədəbiyyatın çağdaş üslublu imzalarından biridi Zaur Qəriboğlu.
...İlk öncə heç kimdə və heç yerdə təkrarlanmayan “cizgilər”i diqqətimi cəlb elədi. Qorxdum. Qorxdum ki, məzmunu yaşından çox-çox irəlidə görünən, formaca ənənələri qırmış gənc yazarı ürküdə bilərlər tutduğu yoldan. Tutduğu bənzərsiz, təkrarsız, özünəməxsus yoldan.
...Heç kimə bənzəməmək. Maraqlı layihədi beyinlərdə, ideyalarda. Ancaq heç kimə bənzəməmək hamının inkarı da deyil. Təəssüf ki, bunu novatorların hamısı dərk edə bilmir. Yenini yaratmaqsa... Tamamilə yenini. Bu zor işdi. Xüsusilə yazarlar üçün. Böyük Yaradanın yaratmaq fitrətindən bir damcı pay ala bilənlər gedirlər bu yolu.
On beş yaşında kitab yazmaq fürsəti şübhəsiz ki, Allahın insana bəxşişidi. Mübaliğəsiz-filansız. On beş

7.06.2012

Atamın göz yaşları...


Mənim təsəvvürümdə atalar müqəddəs bir varlıqdır. Hətta elə bir varlıq ki, ataları yerdəki Allah da adlandırmaq olar. Mənə görə atalar çox qürurlu olur, onlar ağlamır, hər şeyə soyuqqanlı yanaşırlar. Ata göz yaşı görmək yuxu kimi gəlirdi mənə. Fəqət, sən demə atalar da ağlayırmış...
***
            Mənim atam çox qapalı və qaraqabaq adamdı. Onu heç vaxt (Əvvəllər içkili olan vaxtlarını çıxmaq şərtiylə) kiminləsə danışan, gülən, dərdini bölüşən, ağlayan görməmişdim. Bu adam ancaq özüylədir, özünü başqasına açmır. Fəqət, atamın ürəkdən danışıb, gülən vaxtını ilk nəvəsi, qardaşımın oğlu Nihadla görmək olar ki, böyüklərdən fərqli olaraq, bu uşaqla daha sərbəst və səmimi olur.
            Nihadın altı yaşı var, bu il, daha doğrusu bir neçə gün sonra evimizin yanındakı orta məktəbə gedəcəkdi...
***
            Ötən günlərin birində qardaşımla arvadının arasında yenə söz-söhbət oldu, o, uşağını da götürüb, anasıgilə getdi. Qardaşıma acıq vermək üçün: - “Sizi uşağa

ANALARA (Cizgilər)


***
 
Gör nə vicdansızıq,
Gör nə imansız,
İllərdi bizi böyüdəni,
Əlimizlə torpağa bağışlayırıq.
Gör nə ürəksizik,
Gör nə qorxağıq,
Bir ölümdən də 
Qoruya bilmirik anamızı...
Axı o qoruyub bizi,
Ölüm – itimdən,
Həyatın hər kələ-kötüründən,

6.06.2012

HƏSRƏT MÜRƏKKƏBİ İLƏ YAZILAN KİTAB


Bu yaxınlarda Əziz Alpoudun “Həyatımın hekayətləri” kitabından tanıdığım Zakir Sadatlının “İraq olsun” kitabı Qanun nəşriyyatında işıq üzü görüb. Adətim üzrə, yeni çıxan kitabın üzərindən bir həftə ötməmiş, kitabı aldım. Onunla yanaşı bir neçə kitablar da almışdım. Amma nədənsə, kitabın adı və cildinin arxa hissəsində müəllifin tərcümeyi – hal əvəzinə olan qarğışları məni cəlb etdi. Kitabın ilk səhifəsini açıb, qeydlərimi apara – apara oxumağa başladım və bir də baxdım ki, bir neçə saat ötüb və mən kitabı bitirmişəm. Baxdım ki, qeyd dəftərimdə 144 səhifəlik kitabdan 8 səhifə qeydlərim var. Bu, mənim “İraq olsun” haqqında yazmağıma bir işarə idi. Çünki hər kitabdan bu qədər qeydlər aparmaq olmur.

Adamlar, gəlin, insan olaq... (Fikir cizgiləri)


“İnsanlaşın, insanlaşdırın...”
Asif Ata

Gecədən işıqlarımız sönüb. Yazı masamın üstündə yanan şamın titrək işığı yazdığım vərəqin üzərinə düşür. Qələmi və əlimi vərəqin üzərində qara kölgəsi müşayət edir. Sanki, əlimin altında da hansısa bir əl vərəqin alt qatına nəsə yazır. Fəqət, nə yazır, bunu bilmirəm... O da mənim nə yazdığımı bilmir. Ağlına da gəlməz ki, vərəqin üst qatında onun haqqında yazıram.
Ümumiyyətlə, mənə görə həyatda hər bir şeyin görünən və görünməyən – qaranlıq tərəfləri var. Eynən, əlimin məni izləyən qara kölgəsi kimi... Yaxud, dodaqlarımda ciyərlərimə sovurduğum, daha sonra burnmun dəliklərindən buraxdığım siqaret tüstüsü...

YAŞAMIN BEŞ MƏRHƏLƏSİ... (Fikir cizgiləri)


1. Doğuluş...
İnsan dünyaya məxluq olaraq gəlir – daha doğrusu doğulur. Doğulduğu anda heç nə bilmir. Bu dünyanın bütün dərd-sərindən xəbərsiz olur. İnanıram ki, məxluq doğulmazdan öncə, bu dünyanın dərd-sərini, onu qarşıda gözləyən mərhələləri bilsəydi, elə ana bətnindəcə intihar edərdi, ölü doğulardı. Nə edək ki, doğuluş əlimizdə deyil.
2. Həyat...

“Sofinin dünyası” haqqında... (Oxuduqlarım)


Səhv etmirəmsə, Yustin Garderin “Sofinin dünyası” müəllifin dilimizə tərcümə olunan ilk əsəri idi ki, Azərbaycan oxucusu bu əsərlə birgə, həm də müəlliflə tanış oldu. Zənnimcə bu əsərə qədər müəllif ölkəmizdə elə də tanınmırdı. Bu üzdən də müasir dünya ədəbiyyatından seçmə əsərlərin dilimizə tərcüməsi edilməsi vacib və zəruridir. Həyatın gerçək üzünü əks etdirən yeni-yeni əsərləri tərcümə edib oxucularımza çatdıran “Qanun” nəşriyyatına xüsusi minnətdarlıq düşür. Hər zaman qeyd etmişəm, bu yazımda da vurğulamaq istəyirəm ki, gerçəkdən də bu günki dövrdə “Qanun” nəşrlər evi çox böyük və məsuliyətli bir yükü öz çiyinləri üzərinə götürür. İstər dünya ədəbiyyatından, istərsə də öz ədəbiyyatımızdan yeni və maraqlı kitablar nəşr edərək, müasir Azərbaycan oxucusunun formalaşmasında əlindən gələni əsirgəmir.





“ÇƏRPƏLƏNG UÇURAN” haqqında... (Oxuduqlarım...)


XALİD HÜSEYNİ "ÇƏRPƏLƏNG UÇURAN"

“Çərpələng uçuran” əfqan əsilli yazıçı Xalid Hüseyninin ilk əsəridi. Çox hallarda müəllif ilk əsəri ilə elə də şöhrət qazana bilmir. Amma Xalid Hüseyni naxışı yaxşı düşən yazıçılardandı ki, elə ilk əsərindən dünyada şöhrət tapdı. Ümumiyyətlə, mənə elə gəlir ki, Azərbaycandan kənarda nə yazırsansa, yaz, çox tezliklə dünyada məşhurlaşa bilərsən. Amma Azərbaycanda bu vəziyyət bir az fərqlidi. Çünki bizdə olan mənəmlik hissi digər dünya xalqlarında yoxdu. Əsas da ki, bir-birimizi qəbul etmir, azacıq işıq gələn yerə də barmağımızı tutub, işığın qabağını kəsirik ki, gəlməsin. Bu üzdən də bu gün dünyada Çingiz Abdullayevdən (qismən) başqa tanınan, oxunan yazarımız yoxdu.

Sevgi haqqında... (Fikir cizgiləri...)


Görən, sevgisiz həyat ola bilərmi?.. Hansısa bir canlı – adam, heyvan, böcək, gül, ağac yaşaya bilərmi sevgisiz?.. Bu yazımla öz baxışımla bu məsələyə aydınlıq gətirməyə çalışacağam.
1. Kainat yarananda sevgi ilə yaranıb. Allah bu kainatı – yeri, göyü, adamı, heyvanı, böcəyi, gülü, ağacı sevərək yaradıb. Buna kimsənin şübhəsi olmsın. Yəni, gördüyümüz nə varsa, Allahın sevgisindən doğub.
2. Sevgiyə zənnimcə, ötürülmə qanunu da deyə bilərik. Yəni adamdan – adama, heyvandan – heyvana, böcəkdən – böcəyə, güldən – çiçəyə, ağacdan – yarpağa, sudan – torpağa və torpaqdan insana ötürülə-ötürülə yaşamımızı əhatə edir.

5.06.2012

Qırmızı geyinin qızlar (Cizgilər)


QIRMIZI GEYİNİN QIZLAR...

Qürrələnmə,
Tələsmə,
Asta yeri,
Dodağında,
Yanağında,
Sinəsində,
Bədənində,
Ayaqlarında,
Paltarında,
Ayaqqabılarında,
Bel kəmərində
Ədalət gəzdirən qız.
Başdan ayağa ədalətə bürünmüsən,
Xəbərin varmı?!

4.06.2012

Cizgilər...


BAKIYA QAR YAĞIR...

***
Bakıya qar yağır,
Bəyaz qar...
Külək əsir,
Yağan qarı sovurur,
Millətin qara üzünü yuyur.
İllərdi ləkəli gəzən adam,
Təmiz günün mübarək!
Əli qara,
Üzü qara,
Cibi ağ adam,
Bəyaz günün mübarək!
İllərdi cibimizi üşüdən,
Qara neft,
Üşüyən günün mübarək!

28 Yanvar 2012,
Bakı şəhəri.

Tarixlə yaşayanlar


Həyatda hamı doğulur, ona verilən ömrü yaşayıb, köçür bu dünyadan… Bəşəriyyət yaranandan belədir: Doğulur, yaşayır, ölür, unudulursan. İki əsr bundan öncə yaşayan babamızın adını xatırlaya bilmərik. Çünki iki əsr bundan öncə yaşayan babamız da adi insanlar kimi yaşayıb, ölüb, unudulub...
Mirzə Ələkbər Sabir
Hərdən nə vaxtsa, ruhumun belə qəribsəyəcəyini, unudulacağını düşünəndə, ovqatım pozulur, pis oluram. Ruhun tənhalığından qorxuram. Təsəvvür edirəm ki, neçə əsr bundan sonra mənim məzarıma məskən olan qəbirstanlıq zəlzələdən, ya vəlvələdən məhv olub dağılacaq, bütün qəbirlər kimi mənim də məzarım torpağa qarışacaq.

“Sən mənim qədrimi biləsən deyə”...

Əli Kərim

Gözəl qız, sən saf susan, 

                           İki qəlb arzususan. 

Mənsə səni sevirəm 
Susuzluğun od vurub,

 köz kimi yandırdığı 

                                dodaq su sevən kimi...


Bu şeiri məktəbliykən oxuyub öyrənmişdim. Xoşum gələn qızlara da məktub formnasında şeiri yazıb yollamışdım.  Hamısı da onu sevdiyimi zənn etmişdi. Lakin yaş ötdükcə, anladım ki, sən demə, mən heç sevməmişəm...
Nə isə, bu yazıda öz sevgilərim haqqında yox, ilk dəfə bu şeirlə tanıyıb, sonradan kitablarını böyük coşqu ilə oxuyub-öyrəndiyim Əli Kərim haqqında söz açmaq istəyirəm.

Rafiq Tağıya...


Rafiq Tağı

Cizgilər...

***

Ruhun çıxdı yaralı bədənindən,
Balaca uşaq kimi sevinib,
Azad oldun
                dünyanın dərd-sərindən,
Bədəninin ağrıyan,
Bıçaq yaralarından.
Gənc şahin kimi qanad çalıb,
Dövrə vurdun,
Bədəninin üzərində,
Havada...

1.06.2012

CİZGİLƏR


***
Hər gün səni görməyim deyə,
dünən gecə cırdım,
yandırdım
sonuncu xatirələrini...
Daha nə sən mənə baxmayacaq,
Nə də mən görməyəcəyəm səni.
Xatirə otağının işığını söndürdüm,
Kor elədim divarının gözlərini...
Əllərini irəli uzadıb axtaracaq səni...

Zaur Qəriboğlu: "Yazar görünüşlə yox, ruhla yazar olur"


Müsahibim gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, www.karabakhinfo.com e-jurnalın şef-redaktoru Zaur Qəriboğludur.           
 - Zaur, uzun müddətdir mətbuatda imzanı görürük. Mümkünsə özün haqqında ətraflı məlumat ver. Kimdir Zaur Qəriboğlu?     
 - İmzamdan da göründüyü kimi Qəriboğlu...     
 -Zaur, qəribliyindən danışardın. Nəyin, kimin, haranın qəribçiliyidir bu?       
- Mənim babam Cənubi Azərbaycanın Ərdəbil şəhərindən gəlib, burda oxuyub, ailə qurub. Atam dünyaya gələndə, babam: "Mən bura gəldim, qərib oldum, qoy, oğlumun da adı Qərib olsun" - deyib, atamın adını Qərib qoyub. İndi atamın bütün ata qohumları hamısı o taydadır. Ona görə o, da hər zaman özünü burda qərib hiss edir. Yəni bizim ailəmiz qəriblər ailəsidir. Ümumiyyətlə, bütün insanlar qəribdi. Sadəcə, hərənin bir qəribçiliyi var.İnsanlar dünyanın qəribləridi.