11.06.2018

Kimdir günahkar: ermənilər ya biz?!

Biz ta qədimdən bu günümüzə qədər millət olaraq, bir çox xüsusiyyətlərimizdə redaktə edib, dəyişsək də, əsas humanizm və qonaqpərvərliyimizi qoruyub, saxlamışıq. Dünyanın hər yerində bu xüsusiyyətin bir millətdə olması alqışlanır, lakin digər millətdən özünə qarşı olanda... Yəni, mənə hamı humanist yanaşsın, mən özüm yox! Məsələn, biz ölkəmizə gələn bir xarici vətəndaş görəndə, az qalır, ayağının altına qırmızı xalı sərib, evimizin başında oturdaq. Nədi - nədi öz ölkəsinə qayıdanda: "Azərbaycanlılar yaxşı xalqdı" desin, dünyada haqqımızda müsbət imic formalaşsın. Yüz ildir bu "müsbət imic" üçün etmədiyimiz qalmadı... Amma dünya nə bizi humanist bildi, nə də haqqımızı tanıdı... Bəlkə, münasibətimizdə problem var?! Heç bu haqda düşündükmü?..

6.06.2018

Müşfiqin "Oxu tar"ı necə "EveRest" oldu?

Mikayıl Müşfiqin abidəsinin ətrafını yenidən kim satdı?

Bu gün ənənəmə sadiq qalıb, axşam işdən sonra gəzintiyə çıxmışdım. Bu dəfə yolumu İzmir parkına doğru saldım. Dövlət Statistika Komitəsinin yaxınlığından keçəndə, Mikayıl Müşfiqin büstü qoyulan kiçik parkı  görüb, ayaq saxladım. Axı, bu gün (dünən) nakam şairin doğum günü idi. Büstün qarşısına güllər qoyulmuşdu, az - az da insanlar var idi. Əslində, insanlar çox da ola bilərdi.

5.06.2018

Cümhuriyyətin varisiyiksə... Gənclər birləşin!

"Azərbaycan tarixdə heç vaxt olmadığı kimi güclü dövlətdir". Bu fikirlər dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevə məxsusdur. Həqiqətən də tarixə nəzər yetirsək, görərik ki, bugünkü Azərbaycan heç vaxt olmadığı qədər gücə və qüdrətə sahibdir. Bu gün ölkəmiz inkişaf tempi ilə gedir. Düzdür, müəyyən çatışmamazlıqlarımız var. Amma hansı ölkə idealdır ki?!. Hərənin öz boyuna görə problemləri var. Əsas odur ki, bu gün Azərbaycan dünyada müstəqil ölkə kimi tanınır, öz dövlətimiz, öz bayrağımız var. Ən əsası isə sözünü bütün dünyada kəskin deməyi bacaran liderimiz var! Həm də elə bir lider ki, dəfələrlə çıxışlarında, "Biz 1918 - ci ildəki cümhuriyyətin varisiyik və həmin vaxtkı ərazilərimizi təmin etməyə də qərarlıyıq. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq da!" 

3.06.2018

İrəvansız 100 il... Gəncliyə müraciət




1918 – ci ilin 28 mayında Azərbaycan öz istiqlaliyyətini elan etdikdən bir gün sonra 29 may 1918 – ci il tarixdə Müsəlman Milli Şurası Tiflis şəhərində Həsən Bəy Ağayevin sədrliyi ilə sarayda iclas keçirir. İclas 3 nömrəli protokolla rəsmiləşdirilir. 

2.06.2018

Fəxri Xiyabandakı məzarlar - I yazı (Şəkilli izah)

Axşamlar "Azərbaycan" nəşriyyatından çıxır, piyada parlament prospektinə qədər yeriyir, ordan da yenidən nəşriyyata qayıdıram... Hər gün də I Fəxri Xiyabanın yanından keçir, dəmir hasarın arxasından boylanan heykəllərə baxıram. Bu heykəllər adi daş parçaları deyil. Hər heykəldə bir ruh - bir Azərbaycan yaşayır...
Bu dəfə Fəxri Xiyabana daxil olub, dəyərli böyüklərimizi ziyarət etdim.

1.06.2018

Rüstəm İbrahimbəyov kripto-gizli ermənidir

2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun tarixi saxtalaşdırmaq, Azərbaycan xalqı haqqında dünya ictimaiyyətində yalnış fikir formalaşdırmaq cəhdidir. Dəfələrlə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə qarşı “yaradıcılıq” adı altında hücumlar etmiş Rüstəm İbrahimbəyovun əməlləri Azərbaycan xalqına nifrətinin göstəricisidir.