11.06.2018

Kimdir günahkar: ermənilər ya biz?!

Biz ta qədimdən bu günümüzə qədər millət olaraq, bir çox xüsusiyyətlərimizdə redaktə edib, dəyişsək də, əsas humanizm və qonaqpərvərliyimizi qoruyub, saxlamışıq. Dünyanın hər yerində bu xüsusiyyətin bir millətdə olması alqışlanır, lakin digər millətdən özünə qarşı olanda... Yəni, mənə hamı humanist yanaşsın, mən özüm yox! Məsələn, biz ölkəmizə gələn bir xarici vətəndaş görəndə, az qalır, ayağının altına qırmızı xalı sərib, evimizin başında oturdaq. Nədi - nədi öz ölkəsinə qayıdanda: "Azərbaycanlılar yaxşı xalqdı" desin, dünyada haqqımızda müsbət imic formalaşsın. Yüz ildir bu "müsbət imic" üçün etmədiyimiz qalmadı... Amma dünya nə bizi humanist bildi, nə də haqqımızı tanıdı... Bəlkə, münasibətimizdə problem var?! Heç bu haqda düşündükmü?..

Tarixdən bu yana, Azərbaycan dövlət rəsmiləri, elə özümüz də millət olaraq, humanistliyimizdən irəli gələrək, sülhsevərliyimiz məqsədilə ermənilərlə bağlı çıxışlarımızda, bəyanatlarımızda erməni xalqını "yazıq", "günahsız", rejimdən asılı qalan kimi göstəririk. Guya, başımıza gələn bu bəlaları ermənilər yox, Ermənistan rəhbərliyinə Aydan gələn kimlərsə gətirib. Guya, qundaqda körpələrimizi ermənilər yox, cinayətkar dəstə öldürüb. Hələ, daha dərinə getməyib, son 100 ildə ermənilər tərəfindən başımıza gətirilən faciələri saymaqla bitib-tükənməz. Arada, "yazıq erməni xalqı" da bu cinayətkar dəstədən əziyyət çəkir - deyirik. Ermənistanda olan cinayətkar rejim imkan versə, bu iki xalq çox mehriban yaşayar, can deyib, can eşidərik... Nədənsə, 100 ildir həmin cinayətkar dəstədə olanlar ölüb, qurtarmadılar ki, erməni xalqı da, biz də rahat nəfəs alaq. Deyirəm, nə uzunömürlü imişlər... Bu da bir yalançı təsəllidirmi?.. Açıq demək lazımdır ki, erməni xalqının xislətində problem var. Bu xalq təkcə, Azərbaycanla yox, 1918 - ci ildə gürcülərlə də eyni problemi yaşayırdı. Bu xəstə xalqın bir dərdi var ki, özgə torpaqlarında özünə "böyük Ermənistan" qursun. Necə ki, bu gün də Azərbaycanın və Türkiyənin ərazilərinə iddia edir. 2012 - ci ildə o zamanakı prezident Serj Sarkisyan erməni gənclərlə görüşündə: "Bizim nəsil Qarabağı aldı, siz də Ağrı dağını almalısınız" deməklə kifayətlənmir, hətta, özlərinin gerblərinə də Ağrı dağının görüntüsünü həkk etməklə, konstitutsiyalarına da salmaqla, iddialarından əl çəkmirlər. Biz də bunlara tarixdən bu yana yazığımız gələ-gələ, evimizin başına keçirməklə, vətənimizi parça-parça etməyimiz az deyil, bu gün də bunların Qarabağda yaşayanlarını öz vətəndaşımız hesab edirik! Düşünürəm, bu kökündən yalnışdır! 25 ildən yuxarıdır ki, bizim insanımızın o torpaqlara ayağı dəymir, bizim insanımızın qurub, yaratdığı evlərdə həmin bu faşist xalqın nümayəndələri yaşayır! Nə vaxta qədər biz bu körpəsi faşist təfəkkürü ilə yetişdirilən millətə yazığımız gələcək, hətta, torpaqlarımızı işğaldan azad edəndən sonra da onlara bizimlə birgə yaşamaq hüququ verəcəyik?! Niyə, səbəb nədir?! Dünya nə deyər, deyə düşünürük?! Niyə, o dünya 25 ildən yuxarıdır o torpaqlarda yaşayan tək millət ermənini qınamır ki, axı, türklər də burda yaşamalıdır?!

Biz bu körpəsi doğulanda qulağına: "Türk sənin düşmənindir" pıçıldayıb, öz insanını təcavüzkar, faşist yetişdirən xalqı yaxşı tanımalı, düzgün tanıtmalı və adıyla çağırmalıyıq. Bizdən fərqli olaraq, fikir vermisinizsə, bir dəfə də olsun, nə rəsmiləri, nə də siravisi Azərbaycan xalqı haqqında yüksək fikir bildirməyib, hər zaman bizi bir xalq olaraq, bütün dünyaya vəhşi, barbar kimi təqdim ediblər. Biz də guya, onlara qarşı mübarizə aparırıq, hər yerdə çıxıb, deyirik ki, bizim siravi erməni xalqı ilə işimiz yoxdu, onların günahı yoxdu. Bizim davamız Ermənistan hakimiyyətində təmsil olunan cinayətkar dəstəylədir. Neçə illərdir cinayətkar dəstə dediyimiz də bu günlərdə "demokratiya" oyunu ilə getdi, yerini bir başqa erməni aldı. Nəhayətdə kim gedir getsin, kim gəlir, gəlsin, ermənidir. O, da gəldi, heç nə dəyişmədi. Necə var idisə, elə də qaldı. Sonra da durub, dünyadan ədalət gözləyirik ki, dünya bizim haqqımızı tanısın. Dünya necə tanısın ki, biz özümüz də bilmədən, əslində, erməni təbliğatına dəstək verir: "Bütün bu prosesslərdə erməni xalqının günahı yoxdu. Qarabağda yaşayan erməni xalqı da bizim vətəndaşımızdır" deyirik. Amma unuduruq ki, I Qarabağ müharibəsindən 450 nəfər ana-bacımız əsir götürülərək, bir hissəsi bu gün "bizim vətəndaşımız" dediyimiz Qarabağdakı ermənilərin həyətində qul kimi istismar edilir. Biz də deyirik ki, bizim onlarla işimiz yoxdu. Hansı ki, həmin ermənilər də bütün dünyada bar-bar bağırırlar ki, "biz azərbaycanlılarla bir yerdə yaşaya biləmərik".  Bax, ona görədir ki, 100 ildir erməni təbliğatına qarşı uduzuruq, ona görədir ki, torpaqlarımız işğal altındadır! Çünki biz 100 ildir dünyanın "ədalətinə" inanıb, "Sülh, sülh" deyə-deyə, ədalət gözləyirik. Əgər, biz özümüz erməniləri olduğu kimi təqdim etməyə çəkiniriksə, hansı ədalətdən, hansı sülhdən danışa bilərik?! 
Bu günlərdə  Naxçıvanın Şərur rayonunun Günnut kəndi (11 min hektar  ərazi) şanlı ordumuzun sayəsində cəmi bir nəfər şəhid verməklə, düşmən işğalından azad edildi. Mən inanmaq istəyirəm ki, çox tezliklə, bütün işğal olunmuş ərazilərimiz düşməndən təmizlənəcək. Amma onda bir istəyim var ki, bu gündən sabah doğulacaq balalarımızı düşünüb, bu xəstə təfəkkürlü xalqı yaxına buraxmayaq! Qoy, hara qaçırlar, qaçsınlar! Necə ki, 25 ildən yuxarıdır onların təcavüzkarlığı nəticəsində bizim bir milyondan çox insanımız Bakıya sığınıb! Yetər artıq bu insanlıqda payı olmayan məxluqlara güzəşt etdik, evimizin başına keçirdik, evimizə sahibləndilər! 
Sözlərimi Ali Baş Komandanım, cənab İlham Əliyevin fikri ilə yekunlaşdırıram: "İrəvan xanlığı, Dərələyəz, Zəngəzur mahlları da bizim tarixi torpaqlarımızdır və biz öz tarixi torpaqlarımıza qayıdacağıq." Bəli, bizi gözləyin, biz gəlirik artıq! Ya, sakit oturub, başınızı salıb, ölkəmizdə yaşayan digər etnik nümayəndələr kimi yaşayacaqsınız, ya da indidən artıq özünüzə yer tapın!